Cəmiyyət

Ordubadı qazla təmin edən boruda qəza olub

18 Dec 2025, 09:00 1 baxış
Ordubadı qazla təmin edən boruda qəza olub
Ordubad rayonunu təbii qazla təmin edən 219 mm diametrlik yüksəktəzyiqli boruda avtomobil qəzası olub. Oxu.Az xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti məlumat yayıb. Bildirilib ki, hadisə baş verəndən dərhal sonra təhlükəsizlik səbəbi ilə ümumilikdə 7 500 aktiv əhali abonentinin və 450 qeyri-əhali abonentinin qaz təchizatı dayandırılıb. Hadisə ilə bağlı qəza bərpa işləri aparılır. Bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək. Hadisə nəticəsində xəsarət alan yoxdur.
Mənbə oxu.az

Oxşar Xəbərlər