Dünya

Dünyada ilk dəfə baza gəliri kriptovalyuta ilə ödəniləcək

18 Dec 2025, 07:42 1 baxış
Dünyada ilk dəfə baza gəliri kriptovalyuta ilə ödəniləcək
Marşal Adaları Respublikası kriptovalyuta ilə dünyada ilk universal baza gəliri sistemini işə salır. Oxu.Az "The Guardian"a istinadən xəbər verir ki, adalarda həyat səviyyəsini yaxşılaşdırmaq üçün hazırlanmış sxemin bir hissəsi olaraq əhaliyə 200 dollarlıq rüblük ödənişlər veriləcək. Ödənişlər steyblkoin və ya ənənəvi valyuta vasitəsilə həyata keçiriləcək. Qeyd edək ki, Marşal Adaları Respublikası təxminən 42 min əhalisi olan, Sakit okeanda yerləşən bir arxipelaqdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər