İdman
İspaniya Kuboku: "Real Madrid" mərhələ adladı
İspaniya Kral Kubokunda ilk raundun oyunları keçirilir. Oxu.Az xəbər verir ki, "Real Madrid" aşağı liqa təmsilçisi "Talavera de la Reyna"nın qonağı olub. Gözlənildiyi kimi, qarşılaşmada sevinən tərəf paytaxt klubu olub. Xabi Alonsonun yetirmələri meydan sahiblərinin ciddi müqavimətinə baxmayaraq mərhələ adlayıblar. Mbappe (41, 88) dubla, Fernando (45+1) avtoqola imza atıb, Arroyo (80) və Renso isə (90+1) yalnız fərqi azalda biliblər - 2:3. Xatırladaq ki, Kral Kubokunun hazırki sahibi "Barselona"dır.
Mənbə
oxu.az