Dünya

Rumıniyada Drakula parkı yaradılacaq

18 Dec 2025, 02:48 1 baxış
Rumıniyada Drakula parkı yaradılacaq
Rumıniya hökumətu 2027-ci ilə qədər qraf Drakulaya həsr olunmuş əyləncə parkı inşa etməyi planlaşdırır. Oxu.Az "Libertatea" nəşrinə istinadən xəbər verir ki, park Rumıniyanın paytaxtı Buxarestin yaxınlığında yaradılacaq. Məlumata görə, bir milyard avroluq layihəyə altı tematik zona və 40 attraksion daxildir. Parkda üç hotel, akvapark, termal spa, yarış yolu və digər əyləncələr olacaq. Burada təxminən 5 000 yeni iş yeri açılacaq. Qeyd edək ki, qraf Drakula Rumıniyanın dünya mədəniyyətindəki əsas simvollarından biridir. Transilvaniya vampirinin obrazı dünya miqyasında tanınır.
Mənbə oxu.az

Oxşar Xəbərlər