Dünya

Corcia Meloni: "İtaliya Ukraynaya qoşun göndərmək niyyətində deyil"

18 Dec 2025, 01:24 1 baxış
Corcia Meloni: "İtaliya Ukraynaya qoşun göndərmək niyyətində deyil"
İtaliyanın Baş naziri Corcia Meloni ölkəsinin Ukraynaya qoşun göndərmək niyyətində olmadığını bildirib. Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. "Ukraynanın təhlükəsizliyini təmin etmək üçün bu ölkədə çoxmillətli qüvvələrin yerləşdirilməsi nəzərdə tutulur. Bir daha təkrarlayıram ki, İtaliya öz əsgərlərini Ukraynaya göndərmək niyyətində deyil", - deyə o, parlamentdə çıxış edərkən bildirib. Qeyd edək ki, hazırda Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri çərçivəsində ölkədə çoxmillətli qüvvələrin yerləşdirilməsi müzakirə edilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər