İdman

İngiltərə Liqa Kuboku: "Mançester Siti" yarımfinalda

18 Dec 2025, 01:30 1 baxış
İngiltərə Liqa Kuboku: "Mançester Siti" yarımfinalda
İngiltərə Liqa Kubokunda ikinci yarımfinalçı məlum olub. Oxu.Az xəbər verir ki, turnirin 1/4 final mərhələsində "Mançester Siti" "Brentford"u qəbul edib. "Şəhərlilər" qonaqların qapısından iki cavabsız top keçiriblər. Şerki (32) və Savinyonun (67) qolları komandanı yarımfinala çıxarıb - 2:0. Qeyd edək ki, mərhələyə dekabrın 23-də baş tutacaq "Arsenal" - "Kristal Pelas" matçı ilə yekun vurulacaq. Xatırladaq ki, ötən gün "Çelsi" adını yarımfinala yazdırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər