İdman
PSJ-nin rusiyalı qapıçısı mütləq rekord müəyyənləşdirdi
PSJ-nin rusiyalı qapıçısı Matvey Safonov FIFA-nın himayəsi altında keçirilən turnirlər tarixində mütləq rekord müəyyənləşdirib. Oxu.Az bu barədə Sport24.ru-ya istinadən xəbər verir. Dekabrın 17-də PSJ Braziliyanın "Flamenqo" klubunu final matçında məğlub edərək FIFA Qitələrarası Kubokunun qalibi olub (əsas vaxt - 1:1, penalti seriyasında 2:1). Qalib penalti seriyasında müəyyənləşib və bu seriyada Safonov ardıcıl olaraq dörd zərbəni dəf edərək komandasına qələbə qazandırıb. Bundan əvvəl FIFA-nın himayəsi altında keçirilən heç bir turnirdə - nə klublar, nə də milli komandalar səviyyəsində - bir penalti seriyasında dörd zərbəni dəf etmək heç kimə nəsib olmayıb.
Mənbə
oxu.az