İdman

"Formula-1"də istifadə ediləcək yeni bolidlər nümayiş olundu

17 Dec 2025, 23:36 1 baxış
"Formula-1"də istifadə ediləcək yeni bolidlər nümayiş olundu
"Formula-1" və Beynəlxalq Avtomobil Federasiyası (FIA) gələcəkdə traslarda istifadə olunacaq bolidlərin yeni modelləşdirilmiş dizayn konseptlərini təqdim ediblər. Oxu.Az bildirir ki, bu barədə məlumatı FIA-nın Mətbuat Xidməti yayıb. Növbəti "Formula-1" mövsümü yeni texniki reqlamentlə başlayacağına görə, bolidlərin konstruksiyasında ciddi dəyişikliklər olacaq. Xüsusilə, DRS sistemi ləğv ediləcək və onun yerini aktiv aerodinamika alacaq. Bundan əlavə, səthin yaxınlığı effekti ("ground effect") də artıq istifadə olunmayacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər