Dünya

Amerikalı milyarder NASA-nın rəhbəri oldu

18 Dec 2025, 00:00 1 baxış
Amerikalı milyarder NASA-nın rəhbəri oldu
ABŞ Senatı Prezident Donald Tramp tərəfindən namizəd göstərilən milyarder Cared Ayzekmanı Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) rəhbəri vəzifəsinə təsdiqləyib. Oxu.az xəbər verir ki, ABŞ qanunverici orqanının yuxarı palatasında keçirilən səsvermə C-SPAN tərəfindən yayımlanıb. 67 senator Ayzekmanın lehinə, 30 nəfər isə əleyhinə səs verib. Beləliklə, onun namizədliyi təsdiqlənib. Milyarderin tezliklə yeni NASA rəhbəri kimi and içməsi gözlənilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər