İdman

“Sumqayıt” Serbiya və Xorvatiya komandaları ilə qarşılaşacaq

17 Dec 2025, 22:10 1 baxış
“Sumqayıt” Serbiya və Xorvatiya komandaları ilə qarşılaşacaq

“Sumqayıt” futbol klubunun qış hazırlıq planları bəlli olub.


“Gənclik şəhəri” təmsilçisindən Axar.az-a verilən məlumata görə, Saşa İliçin başçılıq etdiyi komanda dekabrın 22-də - “Sabah”la çempionat oyunundan sonra istirahətə buraxılacaq.


Kollektiv 2026-cı il yanvar ayının 3-də Türkiyənin Antalya şəhərinə yollanacaq.


Yanvarın 3-dən 17-dək Lara bölgəsində məskunlaşacaq “Sumqayıt” bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda 9, 12 və 16 yanvar tarixlərində müvafiq olaraq Macarıstanın “Paksi”, Serbiyanın “OFK Belqrad” və Xorvatiyanın “Osiyek” klubları ilə yoxlama oyunları keçirəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər