İqtisadiyyat

Bu il kommersiya qurumlarının sayı 7,5 faiz artıb

17 Dec 2025, 17:32 1 baxış
Bu il kommersiya qurumlarının sayı 7,5 faiz artıb
2025-ci ilin dekabrın 1-nə respublika üzrə uçotda olan 1 milyon 667 min 152 vergi ödəyicisinin 86.8 faizi fiziki şəxslər, 13.2 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4.8 faiz, o cümlədən fiziki şəxslərin sayı 4.5 faiz, hüquqi şəxslərin sayı 6.9 faiz artıb. Oxu.Az Vergi Xidmətinə istinadən xəbər verir ki, kommersiya qurumlarının sayı ötən ilin eyni dövrünə nisbətən 7.5 faiz artaraq 203 min 1 vahid təşkil edib. 2025-ci ilin yanvar-noyabr aylarında 12 min 957 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 88.8 faizi yerli investisiyalı, 11.2 faizi xarici investisiyalıdır. Kommersiya qurumlarının 85.1 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96.4 faiz təşkil edib. Dekabrın 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92 faizi məhdud məsuliyyətli cəmiyyət, 1.1 faizi səhmdar cəmiyyət, 1.1 faizi kooperativ və s. formalarda yaradılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər