İqtisadiyyat

Orxan Məmmədov: "Dabaq xəstəliyi idxalın artmasına səbəb olub"

17 Dec 2025, 16:26 1 baxış
Orxan Məmmədov: "Dabaq xəstəliyi idxalın artmasına səbəb olub"
"Azərbaycanda dabaq xəstəliyinin yayılması ölkəyə idxalın atmasına səbəb olub". Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov rəhbərlik etdiyi qurumun təşkilatçılığı və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Bakıda keçirilən "Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyi sahəsində tədbirlərin qiymətləndirilməsi" mövzusunda ictimai müzakirədə bildirib. Onun sözlərinə görə, dabaq xəstəliyi mikro və kiçik təsərrüfatı zəiflədir: "Bu xəstəlik səbəbindən süd və ət istehsalı həcmlərinin azalması daxili bazarda təklif imkanlarını məhdudlaşdırıb. Bu da daxili tələbin ödənilməsi üçün xarici mənbələrdən alışın artmasına səbəb olub". Sədr qeyd edib ki, qida təhlükəsizliyi zəncirinin mühüm halqalarından biri quş ətinin istehsalıdır: "Quşçuluq müəssisələrinin əksəri sovet dövründən qalan binalarda fəaliyyət göstərir və yeni texnoloji tələblərə cavab vermir. Bütün bu məsələlərin həll olunması zəruridir. Bundan başqa, süd və ət istehsalı üzrə bir sıra istiqamətlərdə çalışmaq lazımdır. Bu sahədə profilaktik tədbirlər daha sistemli qurulmalı, peyvəndləmə tədbirləri davamlı təşkil edilməli, baytarlıq nəzarətinin effektivliyi artırılmalıdır. Qida təhlükəsizliyi keyfiyyət mədəniyyəti kimi formalaşdıqda nəticə dayanıqlı olur. Keyfiyyət mədəniyyəti isə dialoqla başlayır".
Mənbə oxu.az

Oxşar Xəbərlər