İdman

Təxirə salınmış "Sabah" - "Qarabağ" matçının hakim təyinatları açıqlandı

17 Dec 2025, 16:40 1 baxış
Təxirə salınmış "Sabah" - "Qarabağ" matçının hakim təyinatları açıqlandı
Misli Premyer Liqasında I turdan təxirə salınmış "Sabah" - "Qarabağ" matçının təyinatları məlum olub. Oxu.Az xəbər verir ki, görüş "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq. "Bank Respublika Arena"da keçiriləcək matçı FIFA referisi Elçin Məsiyev idarə edəcək. Ona bu işdə Elşad Abdullayev, Pərvin Talıbov və Vüqar Həsənli kömək edəcəklər. Tural Qurbanov VAR-da, Asiman Əzizli isə AVAR-da təmsil olunacaqlar. Hakim-inspektor vəzifəsini Vüsal Əliyev yerinə yetirəcək. AFFA nümayəndəsi isə Erkin Hüseynov olacaq. Qeyd edək ki, "Sabah" - "Qarabağ" oyunu dekabrın 18-də, saat 19:30-da başlayacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər