Dünya

ABŞ Ukrayna üzrə saziş bağlanmayacağı halda Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

17 Dec 2025, 14:44 1 baxış
ABŞ Ukrayna üzrə saziş bağlanmayacağı halda Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
"Hazırda danışıqların aparıldığı Ukrayna üzrə sülh sazişi bağlanmayacağı təqdirdə, ABŞ Rusiyanın enerji sektoruna qarşı yeni sanksiyalar hazırlayır". Oxu.Az-ın xəbərinə görə, bu barədə "Bloomberg" nəşri mənbələrə istinadən məlumat verib. Məlumata görə, yeni məhdudiyyətlər artıq bu həftə elan edilə bilər. Mənbələr bildirib ki, Vaşinqton Rusiya neftinin daşınmasında iştirak etdiyi iddia edilən kölgə donanmasına, eləcə də ABŞ-nin fikrincə, Rusiya enerji ehtiyatları ilə bağlı əməliyyatları asanlaşdıran treyderlərə qarşı sanksiyalar tətbiq etməyi nəzərdən keçirir.
Mənbə oxu.az

Oxşar Xəbərlər