İdman

Samir Abasov xaricdən təklif alıb: "Danışıqlar davam edir"

17 Dec 2025, 13:24 1 baxış
Samir Abasov xaricdən təklif alıb: "Danışıqlar davam edir"
Bir müddət əvvəl "Neftçi" ilə yollarını ayıran Samir Abasov xaricdən təklif alıb. Oxu.Az xəbər verir ki, bu barədə AZƏRTAC-a 47 yaşlı mütəxəssisin özü məlumat verib. O, qarşı tərəflə danışıqların aparıldığını bildirib: "İki tərəf arasında olan söhbətlərdir. Hansı ölkə olduğunu deyə bilməyəcəyəm. Yalnız dəqiqləşdikdən sonra məlumat verəcəyik". S.Abbasov son günlər adının "Araz-Naxçıvan" və "Turan-Tovuz"la hallanmasına da münasibət bildirib: "Azərbaycan klublarının heç birindən təklif almamışam. Ümumiyyətlə, danışıqlarımız olmayıb". Mütəxəssis "Neftçi" haqqında isə danışmaq istəmədiyini vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər