Dünya
Polşa prezidenti baş nazirin zənglərinə cavab vermir
Polşanın Baş naziri Donald Tusk ölkə prezidentindən gileylənib. Oxu.Az xəbər verir ki, bu barədə o, "Polsat" telekanalına açıqlamasında deyib. D.Tusk bildirib ki, Prezident Karol Navrotski həftələrdir onun zənglərinə cavab vermir. Hökumət başçısının sözlərinə görə, o, daxili siyasətlə bağlı prezidentlə sıx əməkdaşlıq etməyə çalışsa da, uzun müddətdir ki, buna reaksiya ala bilmir. D.Tusk deyib ki, əvvəllər K.Navrotski ilə münasibətləri bu qədər pis olmayıb, amma prezident özü və yaxın ətrafı konflikti saxlamaq üçün əllərindən gələni ediblər.
Mənbə
oxu.az