İqtisadiyyat

Tahir Rzayev: "Süni intellektin aqrar sahəyə tətbiqi mühüm töhfələr verəcək"

17 Dec 2025, 12:24 1 baxış
Tahir Rzayev: "Süni intellektin aqrar sahəyə tətbiqi mühüm töhfələr verəcək"
"Süni intellektin aqrar sektorda tətbiqi ilə bağlı təşəbbüslər böyük maraq doğurur və bu sahədə atılan addımların uğurlu nəticələr verəcəyi şübhəsizdir. Bu ideyalar gələcəkdə aqrar sektorun davamlı inkişafına mühüm töhfələr verəcək". Oxu.Az xəbər verir ki, bu fikirləri deputat Tahir Rzayev Aqrar Biznes festivallarına həsr olunan yekun tədbirdə səsləndirib. Milli Məclisin Aqrar siyasət komitəsinin sədrinin sözlərinə görə, kənd təsərrüfatına investisiyaların cəlb edilməsi, yeni məhsulların daxili və xarici bazarlara çıxışının genişləndirilməsi, fermer və sahibkarlar arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi bu tədbirlərin əsas məqsədlərindən biridir və yüksək qiymətləndirilməlidir: "Bu gün fermerlərin innovativ yanaşmalara və müasir texnologiyalara çıxışının təmin edilməsi, sahibkarların yüksək məhsuldarlığa nail olmaları və bazar əlaqələrinin gücləndirilməsi dövrün əsas tələblərindəndir. Yerli istehsalçıların yüksək keyfiyyətli məhsullarının və praktiki təcrübələrinin geniş auditoriyaya təqdim olunması, özəl toxumçuluğun inkişaf perspektivləri, eləcə də toxum subsidiyalarının verilməsi üzrə dövlət dəstəyi haqqında əhalinin məlumatlandırılması qarşıya qoyulan əsas hədəflər sırasındadır". Elmidar Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər