Dünya

Donald Trampın terror təşkilatı elan etdiyi Venesuela ilə bağlı müəmma

17 Dec 2025, 12:28 1 baxış
Donald Trampın terror təşkilatı elan etdiyi Venesuela ilə bağlı müəmma
ABŞ Prezidenti Donald Tramp Venesuela hakimiyyətini xarici terror təşkilatı kimi tanıdığını bəyan etsə də, rəsmi məlumatlarda belə hala rast gəlinmir. Oxu.Az TASS-a istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin rəsmi saytında yerləşdirilən siyahıda yalnız "Cartel de los Soles" adlı narkotik qaçaqmalçılığı şəbəkəsinin adına rast gəlinir. Venesuela hökuməti ilə əlaqəli olduğu iddia edilən şəbəkənin mövcudluğunu isə Karakas inkar edir. Venesuela hökuməti ilə əlaqəli heç bir qurum isə hələlik siyahıya daxil edilməyib. Qeyd olunur ki, Venesuela departamentin terrorizmi dəstəkləyən dövlətlərin siyahısında da yer almayıb. Buraya İran, Şimali Koreya, Kuba və Suriya daxildir. Xatırladaq ki, ABŞ lideri sosial media hesabında paylaşım edərək Venesuela hökumətini xarici terror təşkilatı kimi tanıdığını bəyan edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər