Dünya
Tramp Uitkoffu "ən yaxşı danışıqçı" adlandırdı
"ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff hamının sevdiyi danışıqçıdır və razılaşmalar üzrə mütəxəssisdir, çünki onun əla xarakteri var". Oxu.Az-ın RBC-yə istinadən xəbərinə görə, ABŞ Prezidenti Donald Tramp yəhudilərin Hanuka bayramı şərəfinə etdiyi çıxışında Uitkoffa bu qiyməti verib. "Stiv razılaşmalar üzrə əla mütəxəssisdir. Amma mən onda bir məqama diqqət etmişəm. Onun möhtəşəm şəxsiyyəti var. O, Nyu-Yorkda rieltor olub. Uitkoff Rusiyanın çayları, torpaqları və sərhədləri, eləcə də işlədiyi digər yerlər haqqında az şey bilirdi", - deyə Tramp bildirib. Onun sözlərinə görə, ABŞ Administrasiyasının digər yaxşı əməkdaşları - əla danışıqçıları da var: "Amma onlarla əvvəlcə "müharibəyə girmək" lazımdır ki, bunu da etmək istəməzdim".
Mənbə
oxu.az