Dünya

Agentlik rəhbəri: "Çernobıl AES-dəki istənilən iş dərhal radiasiyanın artmasına səbəb ola bilər"

17 Dec 2025, 11:16 1 baxış
Agentlik rəhbəri: "Çernobıl AES-dəki istənilən iş dərhal radiasiyanın artmasına səbəb ola bilər"
"Sarkofaqın zədələnməsindən sonra Çernobıl Atom Elektrik Stansiyasındakı (AES) istənilən iş dərhal radiasiyanın artmasına səbəb ola bilər". Oxu.Az xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi "RİA Novosti"yə verdiyi müsahibədə belə deyib. Onun sözlərinə görə, əvvəllər mövcud olan mühafizə sistemi artıq yoxdur və Çernobıl AES-dəki vəziyyət zamanla daha da pisləşə bilər: "Bu, göz qabağındadır ki, yüksək radioaktiv materialların işlənməsi və daşınması ilə bağlı istənilən işlər fon radiasiyasının dərhal artmasına səbəb olacaq". Onun sözlərinə görə, bunun üçün yeni təhlillər, monitorinq rejimləri və məqbul səviyyələrin müəyyənləşdirilməsi mütləqdir. Fevral ayında Çernobıl AES-dəki sarkofaqa dron hücumunun videosu internetdə yayılıb. BAEA əməkdaşları partlayış yerini yoxlayıb və dronların qoruyucu konstruksiyanın damında təxminən altı metr diametrində deşik açdığını müəyyən ediblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər