İqtisadiyyat

Məmməd Musayev: "Dünyada qida məhsullarının bahalaşması tendensiyası davam edir"

17 Dec 2025, 11:54 1 baxış
Məmməd Musayev: "Dünyada qida məhsullarının bahalaşması tendensiyası davam edir"
"Dünyada qida məhsullarının bahalaşması tendensiyası davam edir". Oxu.Az xəbər verir ki, bunu aqrar biznes festivallarına həsr olunmuş yekun tədbirdə çıxışı zamanı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyib. O bildirib ki, Azərbaycan bu sahədə ehtiyaclarını ödəmək üçün daxili istehsalı, xüsusən də xammaldan emala keçidi təmin etmək üçün mövcud imkanlardan istifadə etməlidir: "Bu baxımdan, ölkə daxilində qida məhsullarının istehsalı üzrə tam dəyər zəncirinin formalaşdırılması olduqca vacibdir. Biz kənd təsərrüfatına yalnız torpaq və məhsul prizmasından deyil, toxumdan süfrəyə qədər - yəni istehsal, emal, logistika, qablaşdırma, markalanma və brend yaratma mərhələlərini əhatə edən kompleks yanaşma ilə baxmalıyıq. Məhz bu yanaşma məhsulun əlavə dəyərini artırır və ixrac imkanlarını genişləndirir". Aygün Mirakif
Mənbə oxu.az

Oxşar Xəbərlər