İdman
Boks üzrə məğlubedilməz dünya çempionu karyerasını başa vurdu
Dünya Boks Assosiasiyası (WBA), Dünya Boks Təşkilatı (WBO) və Beynəlxalq Boks Federasiyası (IBF) versiyaları üzrə ikinci orta çəki dərəcəsində dünya çempionu, ABŞ-li Terens Krouford karyerasını başa vurub. Oxu.Az-ın xəbərinə görə, bu barədə Krouford "X" hesabında etdiyi paylaşımda elan edib. "Möhtəşəm olaraq getmək, artıq isbat edəcək heç nə yoxdur", - deyə o yazıb. Qeyd edək ki, 38 yaşlı Krouford, həmçinin yarım və birinci orta çəki dərəcələrində müxtəlif versiyalar üzrə çempionluq kəmərlərinə sahib olub. Boksçu bir dəfə də olsun peşəkar rinqdə məğlub olmayıb, onun aktivində 42 qələbə (31-i nokautla) var.
Mənbə
oxu.az