İdman

"The Best"də Azərbaycandan hansı futbolçu və məşqçilərə SƏS VERİLDİYİ BİLİNDİ

17 Dec 2025, 10:44 1 baxış
"The Best"də Azərbaycandan hansı futbolçu və məşqçilərə SƏS VERİLDİYİ BİLİNDİ
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) ilin ən yaxşıları ("The Best") mükafatı üçün Azərbaycandan kimlərə səs verildiyi məlum olub. Oxu.Az-ın məlumatına görə, Azərbaycandan səsvermədə futbol üzrə kişilərdən ibarət əsas millinin və "Şamaxı" klubunun baş məşqçisi Ayxan Abbasov, "Neftçi"nin və millinin kapitanı Emin Mahmudov və idman yazarı Rasim Mövsümov iştirak ediblər.
Ayxan Abbasovun seçdikləri: İlin futbolçusu: Əşrəf Hakimi - 5 xal, Kilyan Mbappe - 3 xal, Məhəmməd Salah - 1 xal İlin baş məşqçisi: Luis Enrike - 5 xal , Arne Slot - 3 xal, Mikel Arteta - 1 xal İlin qapıçısı: Canluici Donnarumma - 5 xal, Manuel Noyer - 3 xal, Yan Zommer - 1 xal
Emin Mahmudovun seçdikləri: İlin futbolçusu: Kilyan Mbappe - 5 xal, Usman Dembele - 3, Lamin Yamal - 1 xal İlin baş məşqçisi: Luis Enrike - 5 xal, Enzo Mareska - 3 xal, Arne Slot - 1 xal İlin qapıçısı: Canluici Donnarumma - 5 xal, Tibo Kurtua - 3 xal, Alisson Bekker - 1 xal Rasim Mövsümovun seçdikləri: İlin futbolçusu: Usman Dembele - 5, Lamin Yamal - 3 xal , Əşrəf Hakimi - 1 xal İlin baş məşqçisi: Luis Enrike - 5 xal, Enzo Mareska - 3 xal, Mikel Arteta - 1 xal İlin qapıçısı: Canluici Donnarumma - 5 xal, David Raya - 3 xal, Emiliano Martines - 1 xal Xatırladaq ki, FIFA tərəfindən "The Best" mükafatını 2025-ci ilin ən yaxşı məşqçisi kimi Luis Enrike, ən yaxşı futbolçu kimi Usman Dembele, ən yaxşı qapıçısı olaraq isə Canluici Donnarumma qazanıb. Pərvanə Dadaşzadə
Mənbə oxu.az

Oxşar Xəbərlər