Dünya
Kamboca ilə toqquşmalarda ölən Tailand hərbçilərinin sayı artıb
Kamboca ilə münaqişədə həlak olan Tailand hərbçilərinin sayı 19-a yüksəlib. Oxu.Az xəbər verir ki, bu barədə Tailand ordusundan məlumat verilib. Məlumata görə, ötən gün baş verən toqquşmalarda daha iki Tailand hərbçisi ölüb. Kamboca tərəfi isə münaqişə zamanı itkiləri barədə məlumat verməyib. Lakin Tailandın yaydığı məlumatlara görə, toqquşmalarda 200-dən çox Kamboca hərbçisi həlak olub.
Mənbə
oxu.az