İdman

"Qarabağ"ın qış hazırlıq planı müəyyənləşib

16 Dec 2025, 20:16 1 baxış
"Qarabağ"ın qış hazırlıq planı müəyyənləşib
"Qarabağ"ın qış hazırlıq planı müəyyənləşib. Oxu.Az bu barədə kluba istinadən xəbər verir. Belə ki, Ağdam klubunun 2025/26 mövsümünün ikinci hissəsinə hazırlığı iki mərhələdən ibarət olacaq. Misli Premyer Liqasının XVI turunun "Qəbələ" ilə dekabrın 21-də baş tutacaq oyunundan sonra istirahətə buraxılacaq futbolçuları 2026-cı ilin yanvarın 3-də bir araya gələcəklər. Hazırlıq prosesinin Bakıda gerçəkləşəcək hissəsi yanvarın 10-dək davam edəcək. "Qarabağ" yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərində yerləşən Belek bölgəsindəki "Gloria Sports Arena"da təlim-məşq toplanışını davam etdirəcək. Komanda toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Qarşılaşmaların yanvarın 12-də və 16-da keçirilməsi planlaşdırılıb. Rəqib komandaların adları hələlik müəyyənləşməyib. Qeyd edək ki, komandamız yeni ildə ilk rəsmi matçını yanvarın 21-də UEFA Çempionlar Liqasının əsas mərhələsində "Ayntraxt"a qarşı keçirəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər