İdman

Bakının "Dünya İdman Paytaxtı" elan olunması ilə bağlı rəsmi təqdimetmə mərasimi keçirilib

16 Dec 2025, 18:12 1 baxış
Bakının "Dünya İdman Paytaxtı" elan olunması ilə bağlı rəsmi təqdimetmə mərasimi keçirilib
Bu gün Bakı şəhərinin "Dünya İdman Paytaxtı" elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimi baş tutub. Oxu.Az xəbər verir ki, tədbir Bakı Şəhər İcra Hakimiyyətinin binasında keçirilib. Mərasimdə paytaxtın idman sahəsində beynəlxalq nüfuzunun artması, Bakının iri idman tədbirlərinə ev sahibliyi təcrübəsi, həmçinin bu istiqamətdə gələcək perspektivlər barədə məlumat verilib. Tədbirdə bir sıra idman federasiyalarının nümayəndələri, eləcə də dövlət qurumlarının rəsmiləri iştirak ediblər. Mərasimdə Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası prezidenti Can Françesko Lupattelli, ACES təşkilatının baş katibi Uqo Alonso, Monakonun sabiq təhsil, gənclər və idman naziri İzabel Klod Alin Bonnal, eləcə də Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov çıxış ediblər. Qeyd edək ki, 2025-ci ildə "Dünyanın İdman Paytaxtı" Monako şəhəri olub.
{{gallery}} Murad Nəsimi
Mənbə oxu.az

Oxşar Xəbərlər