İdman
Can Françesko Lupatelli: "Bakı böyük idman tədbirlərinə ev sahibliyi etmək üçün ideal paytaxtdır"
"Ümumiyyətlə, Bakı hər sahədə dünyada çox vacib bir şəhərdir". Oxu.Az xəbər verir ki, bunu Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES Europe) prezidenti Can Françesko Lupatelli Bakının "Dünya İdman Paytaxtı" elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimində deyib. O bildirib ki, Bakının bu işin öhdəsindən layiqincə gələcəyinə inanır: "Bakı böyük idman tədbirlərinə ev sahibliyi etmək üçün ideal paytaxtdır. Dünya İdmanının əvvəlki paytaxtı Monako idi. Biz bu gün böyük sevinc hissi ilə "Dünya İdman Paytaxtı" titulunu rəsmən Bakıya təqdim edirik. İnanırdıq ki, Bakı bu işin öhdəsindən layiqincə gələcək". Qeyd edək ki, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib. Murad Nəsimi
Mənbə
oxu.az