Dünya

Ermənistanda məcburi hərbi xidmət müddəti azaldıldı

16 Dec 2025, 18:52 1 baxış
Ermənistanda məcburi hərbi xidmət müddəti azaldıldı
Ermənistan parlamenti bu gün keçirilən iclasında ikinci və sonuncu oxunuşda ölkənin silahlı qüvvələrində məcburi hərbi xidmət müddətinin azaldılmasını nəzərdə tutan qanunu qəbul edib. Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, 65 deputat qanun layihəsinin "lehinə", 4 nəfər "əleyhinə" səs verib, 20 nəfər isə bitərəf qalıb. Yeni qanuna uyğun olaraq, 2026-cı il yanvarın 1-dən etibarən məcburi hərbi xidmət müddəti 2 ildən 1.5 ilə endiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər