İdman

Nazir: "Bakının "Dünya İdman Paytaxtı" seçilməsi möhtəşəm hadisədir"

16 Dec 2025, 17:52 1 baxış
Nazir: "Bakının "Dünya İdman Paytaxtı" seçilməsi möhtəşəm hadisədir"
"Dünya İdman Paytaxtı" titulunun rəsmi olaraq Monakodan Bakıya təhvil verilməsi böyük idman hadisəsidir". Oxu.Az xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov Bakının "Dünya İdman Paytaxtı" elan olunmasına həsr edilmiş rəsmi təqdimat mərasimində deyib. Nazir bildirib ki, Bakı şəhəri böyük yarışlara ev sahibliyi edib: "Uzun illərdir Bakıda "Formula 1" üzrə dünya çempionatı keçirilir. Xatırladım ki, ilk Avropa oyunları, İslam Həmrəyliyi Oyunları da Bakıda baş tutub. Bu prosesdə Bakı Şəhər İcra Hakimiyyətinin də bizə dəstəyi böyük olub. Bizi növbəti il daha maraqlı yarışlar gözləyir. Bakının "Dünya İdman Paytaxtı" seçilməsi möhtəşəm hadisədir. Hər kəsi bu münasibətlə təbrik edirəm". Qeyd edək ki, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib. Murad Nəsimi
Mənbə oxu.az

Oxşar Xəbərlər