İqtisadiyyat

Cari ildə Azərbaycana gətirilən avtomobillərin sayı məlum oldu

16 Dec 2025, 17:58 1 baxış
Cari ildə Azərbaycana gətirilən avtomobillərin sayı məlum oldu
2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana ümumilikdə 1 milyard 998 milyon 854 min ABŞ dolları dəyərində 104 404 ədəd avtomobil idxal olunub. Oxu.Az rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövründə sürücü daxil olmaqla 10 nəfər və daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələrindən 808 ədəd idxal olunub. Bu nəqliyyat vasitələrinin ümumi dəyəri 90 milyon 641.5 min ABŞ dolları olub. İlin əvvəlindən 96 min 57 ədəd minik avtomobili idxal olunub ki, onların ümumi dəyəri 1 milyard 786 milyon 469 min dollar olub. O cümlədən bu dövrdə Azərbaycana 1 milyard 130 milyon dollar dəyərində 58 min 471 ədəd hibrid avtomobil idxal olunub. Həmçinin, yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələrinin (elektromobil) idxalı 1 861 ədəd olub, onların da dəyəri 55 milyon 285 min dollar təşkil edib. Yük daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələrindən 7 min 123 ədəd idxal olunub, onların statistik dəyəri 81 milyon 844 min ABŞ dolları olub. Xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələrinin idxalı 416 ədəd, gömrük dəyəri isə 39 milyon 898 min dollar təşkil edib. Elmidar Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər