İdman

"Çelsi" Xavinin nümayəndələri ilə danışıqlar aparır

16 Dec 2025, 15:10 1 baxış
"Çelsi" Xavinin nümayəndələri ilə danışıqlar aparır
Londonun "Çelsi" klubunun rəhbərliyi baş məşqçi Entso Mareskanı yanvar ayında istefaya göndərməyi planlaşdırır. Oxu.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilib ki, son həftələrdə klub "Barselona"nın keçmiş futbolçusu və baş məşqçisi Xavi Ernandesin nümayəndələri ilə danışıqlar aparır. Mareska İngiltərə Premyer Liqasında (İPL) "Everton"a qarşı qələbədən (2:0) sonra rezonans doğuran müsahibəsində "Çelsi" rəhbərliyindəki bəzi şəxslərin onu və klubu dəstəkləmədiyini etiraf etmişdi. Qeyd edək ki, italiyalı məşqçi "Çelsi"yə 2024-cü ilin yayından rəhbərlik edir. Hazırda İPL-də 16 turdan sonra "Çelsi" 28 xalla turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər