Dünya

Polşada terror aktı planlaşdırmaqda şübhəli bilinən tələbə tutulub

16 Dec 2025, 15:22 1 baxış
Polşada terror aktı planlaşdırmaqda şübhəli bilinən tələbə tutulub
Polşanın hüquq-mühafizə orqanları Lyublin Katolik Universitetinin tələbəsini terror aktı planlaşdırmaqda şübhəli bilərək saxlayıb. Oxu.Az xəbər verir ki, bu barədə ölkənin xüsusi xidmət orqanlarının rəsmisi Yatsek Dobjinski məlumat verib: "Mateuş V. partlayıcı maddələrdən istifadə edərək Milad bazarında kütləvi hücum planlaşdırmaqda şübhəli bilinərək saxlanılıb". Onun sözlərinə görə, saxlanılan şəxs planlarını həyata keçirmək üçün terror təşkilatına qoşulmaq niyyətində olub. Məhkəmənin qərarı ilə tələbə üç ay müddətinə həbs edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər