İqtisadiyyat

Vergi Məcəlləsində elektron siqaretlərlə bağlı müddəlarda dəyişiklik ediləcək

16 Dec 2025, 15:26 1 baxış
Vergi Məcəlləsində elektron siqaretlərlə bağlı müddəlarda dəyişiklik ediləcək
Vergi Məcəlləsində elektron siqaretlərlə bağlı müddəalarda dəyişiklik ediləcək. Oxu.Az xəbər verir ki, bu məsələ Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə olunan "Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Mövcud qanunvericiliyə görə, Azərbaycan Respublikasında istehsal olunan içməli spirtə, pivəyə, spirtli içkilərə, tütün məmulatlarına və onların əvəzedicilərinə, energetik içkilərə, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinə və elektron siqaretlər üçün mayeyə bəzi aksiz dərəcələri tətbiq edilir. Belə ki, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədinə iki manat, elektron siqaretlər üçün mayenin hər litrinə 100 manat aksiz dərəcələri tətbiq ediləcək. Qanun layihəsində birdəfəlik istifadə üçün elektron siqaret və elektron siqaretlər üçün maye ilə bağlı müddəaların qanunvericilikdən çıxarılması təklif edilir. Mərahim Nəsib
Mənbə oxu.az

Oxşar Xəbərlər