Dünya

Tramp fentanili kütləvi qırğın silahı kimi təsnif edən fərman imzaladı: "Heç bir bomba belə güclü deyil"

16 Dec 2025, 15:38 1 baxış
Tramp fentanili kütləvi qırğın silahı kimi təsnif edən fərman imzaladı: "Heç bir bomba belə güclü deyil"
ABŞ Prezidenti Donald Tramp qanunsuz fentanil və onun əsas kimyəvi prekursorlarını kütləvi qırğın silahları kimi təsnif edən bir fərman imzalayıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə Ağ Ev tərəfindən dərc edilən fərmanda məlumat verilib. "Fentanilin əsasən mütəşəkkil cinayətkar şəbəkələr tərəfindən istehsalı və yayılması milli təhlükəsizliyimizi təhdid edir və yarımkürəmizdə və sərhədlərimizdə qanunsuzluğu artırır", - deyə sənəddə bildirilib. "Mən bununla qanunsuz fentanili və onun əsas kimyəvi prekursorlarını kütləvi qırğın silahları kimi təyin edirəm", - deyə Tramp qeyd edib. Sənədə əsasən, ABŞ baş prokuroru Pem Bondi dərhal fentanilin qeyri-qanuni dövriyyəsi ilə bağlı dərhal araşdırmalara və məhkəmə təqiblərinə başlamalı, dövlət katibi Marko Rubio və maliyyə naziri Skott Bessent isə qanunsuz fentanilin və onun əsas kimyəvi prekursorlarının istehsalı, yayılması və satışı ilə məşğul olanlara və ya dəstəkləyənlərə qarşı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görməlidir. "Heç bir bomba bunun etdiyini etmir. Bizə məlum olduğu qədəri ilə, hər il 200-300 min insan bundan ölür. Beləliklə, biz rəsmi olaraq fentanili kütləvi qırğın silahı kimi təsnif edirik", - deyə Tramp vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər