Dünya
Parubiyin qətlində istifadə edilən tapança tapıldı
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Ali Radanın sabiq spikeri və Təhlükəsizlik Şurasının sabiq katibi Andrey Parubiyin qətlində istifadə edilən tapançanı tapıb. Oxu.Az xəbər verir ki, məlumatı UTX-nin "Telegram" kanalı yayıb. Səsboğuculu "Makarov" tapançasının gizlədildiyi yerdən tapıldığı bildirilir. Müayinə nəticəsində məlum olub ki, bu, Parubiyi öldürmək üçün istifadə edilən silahdır. Tapançanın üzərindən keçmiş Rada spikerinin qətlində şübhəli bilinən şəxsin DNT izləri də tapılıb. Xatırladaq ki, Andrey Parubiy avqustun 30-da Lvov şəhərində güllələnib. Qətldə şübhəli bilinən Mixaylo Stselnikov qaçmağa cəhd edərkən saxlanılıb və günahını etiraf edib. Məhkəmə onu girovsuz 60 gün həbs cəzasına məhkum edib. Oktyabrın sonlarında həbs müddəti uzadılıb.
Mənbə
oxu.az