Dünya

Ukrayna Radasında tribunanı bağladılar, deputatlar arasında dava düşdü

16 Dec 2025, 14:44 1 baxış
Ukrayna Radasında tribunanı bağladılar, deputatlar arasında dava düşdü
Ali Radanın deputatı Maryana Bezuqlaya Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin istefası tələbi ilə parlamentin tribunasını bloklayıb. Oxu.Az xəbər verir ki, bu barədə deputat öz "Telegram" kanalında paylaşım edib. "Tribuna bloklanıb", - M.Bezuqlaya selfisinin altında yazıb. Fotodan da göründüyü kimi, tribunaya "Sırskiyə istefa" şüarı bərkidilib, mikrofonlar isə qırmızı yapışqanlı lentlə sarınıb. "Radada qarşıdurma başlayıb, Sergey Taruta lentləri açır və Bezuqlaya ilə dalaşır", - deputat Aleksandr Qonçarenko isə öz "Telegram" kanalında bildirib. O, eyni zamanda, parlamentarilərin əlbəyaxa olduğu videonu da paylaşıb. A.Qonçarenkonun sözlərinə görə, M.Bezuqlaya blokladığı tribunadan bəyan edirmiş ki, onu Radaya buraxmaq istəməyiblər və yapışqanlı lenti əlindən almağa çalışıblar. Daha əvvəl xanım deputat "Sırskiyə istefa" tələbini cəbhə xəttindəki özbaşınalıqlar, döyüş taktikasının olmaması, həmçinin səfərbərlik prosesində dəyişikliklərin baş verməməsi ilə izah edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər