İdman
Pedro Bikalyo "Qarabağ"ı tərk edir? - RƏSMİ AÇIQLAMA
Braziliya mediasında "Botafoqo" klubunun Pedro Bikalyonu satın almaq öhdəliyi ilə icarəyə götürmək üçün "Qarabağ"a təklif göndərməsi ilə bağlı xəbərlər yayılıb. Ağdam təmsilçisi Pedro Bikalyonun transfer xəbərləri ilə bağlı məsələyə aydınlıq gətirib. "Qarabağ" klubundan Oxu.Az-a bildirilib ki, "Botafoqo" komandasından braziliyalı yarımmüdafiəçi ilə bağlı hər hansı rəsmi təklif göndərilməyib. Xatırladaq ki, Pedro Bikalyo "Qarabağ"a bu ilin yay transfer pəncərəsində "Palmeyras"dan qoşulub. Onun klubla olan müqaviləsi 2028-ci ilin yayına qədərdir. Murad Nəsimi
Mənbə
oxu.az