İdman
Rüstəm Əhmədzadənin yubileyi "Neftçi" ilə oyuna təsadüf etdi
"Sumqayıt"ın yarımmüdafiəçisi Rüstəm Əhmədzadə Misli Premyer Liqasında 100-cü oyununu keçirib. Oxu.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, onun yubileyi XV tura təsadüf edib. 25 yaşlı futbolçu "Neftçi" ilə qarşılaşmaya (2:2) start heyətində çıxıb. O, 100 matçda 10 qola imza atıb. Debütü 2021/2022 mövsümünə təsadüf edən Əhmədzadə üç klubun formasını geyinib. O, "Zirə"də 80 (6 qol), "Sumqayıt"da 14 (4 qol), "Qarabağ"da 6 dəfə şans qazanıb. Qeyd edək ki, Rüstəm Əhmədzadə turnirin tarixində 100 və daha çox oyun keçirən 450-ci futbolçu olub.
Mənbə
oxu.az