Dünya

Rusiyanın Tramp marşrutunda iştirakla bağlı arzusuna Ermənistan rəsmisindən cavab

16 Dec 2025, 13:55 4 baxış
Rusiyanın Tramp marşrutunda iştirakla bağlı arzusuna Ermənistan rəsmisindən cavab
Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan bildirib ki, Tramp marşrutunda Rusiya Federasiyasının mümkün iştirakı ilə bağlı Kreml təmsilçiləri ilə heç bir müzakirə aparılmır. Oxu.Az xəbər verir ki, məlumatı "Sputnik Ermənistan" yayıb. "Onların adına çox şadam", - vitse-spiker Rusiya XİN-in Tramp marşrutunda iştirakı etməyə hazırıq" bəyanatı ilə bağlı jurnalistlərin sualına birmənalı olmayan cavab verib. Rusiya Tramp marşrutu təşəbbüsünün parametrləri və Rusiyanın layihədəki mümkün iştirakı ilə bağlı Ermənistanla məsləhətləşməyə hazırdır. Oxu.Az xəbər verir ki, bu barədə "RIA Novosti"yə Rusiya Xarici İşlər Nazirliyinin MDB Ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kalugin bildirib. Diplomatın sözlərinə görə, "bunun üçün kifayət qədər əsas var". M.Kalugin qeyd edib ki, söhbət marşrut üzrə üçtərəfli işçi qrupu çərçivəsində razılaşdırılmış hissədən gedir. Rusiya XİN təmsilçisi bildirib ki, "Rusiya Dəmiryolları"nın törəmə şirkəti olan "Cənubi Qafqaz Dəmiryolları" Ermənistanın dəmiryol şəbəkəsini idarə etmək üçün konsessiyaya malikdir. Cənubi Qafqazda Rusiya dəmiryol xəttindən istifadə olunur və Tramp marşrutu, əsasən, Rusiya sərhədçilərinin məsuliyyət zonasından keçəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər