İqtisadiyyat

MÜSİAD Azərbaycan prezidenti: "Hər il orta hesabla 10,5 milyon manatlıq kommersiya əməliyyatı həyata keçirilir"

16 Dec 2025, 11:52 1 baxış
MÜSİAD Azərbaycan prezidenti: "Hər il orta hesabla 10,5 milyon manatlıq kommersiya əməliyyatı həyata keçirilir"
"2025-ci il ərzində yalnız MÜSİAD-ın (Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi) Azərbaycan üzvləri tərəfindən ölkə iqtisadiyyatına 93 milyon manat investisiya yönləndirilib. Ümumilikdə isə son dörd ildə 167 milyon manatlıq investisiya həyata keçirilib". Oxu.Az-ın xəbərinə görə, bu barədə MÜSİAD-ın Azərbaycan üzrə prezidenti Rəşad Cabirli Dərnək Mərkəzində media nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə açıqlama verib. MÜSİAD rəsmiləri təkcə Türkiyədə deyil, Almaniya başda olmaqla, bir çox ölkədə təqdimat mərasimləri təşkil edərək Azərbaycanın iqtisadi potensialını beynəlxalq ictimaiyyətə tanıtmağa davam edirlər. Bu təqdimatların əsas məqsədi əlaqədar ölkələrdə yaşayan diaspor nümayəndələrinin Azərbaycanla bağlı ticarət və investisiya yönümlü fəaliyyətlərə marağını ölçmək və artırmaqdır. Rəşad Cabirlinin qeyd etdiyi kimi, MÜSİAD üzvləri tərəfindən hər il orta hesabla 10.5 milyon manat dəyərində kommersiya əməliyyatları həyata keçirilir. "MÜSİAD-ın strateji hədəfləri arasında üzv şirkətlər arasında ticarət həcminin artırılması, qarşılıqlı investisiya axınlarının gücləndirilməsi və regional iqtisadi əməkdaşlığın genişləndirilməsi də yer alır. Hazırda MÜSİAD üzvləri arasında ticarət həcmi dördillik dövrdə 11 milyon manata yaxınlaşıb. Qurum müəyyən etdiyi yeni iqtisadi hədəflərlə bu rəqəmləri daha da artırmağı planlaşdırır", - deyə o əlavə edib.
Töhfə Səməd
Mənbə oxu.az

Oxşar Xəbərlər