Dünya
Türkiyədə məşhur rəqəmsal media platformasına qarşı əməliyyat: Saxlanılanlar var
Türkiyədə İstanbul Baş Prokurorluğunun Terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulması cinayətlərinin istintaqı Bürosu məşhur "Gain Media" rəqəmsal platformasına qarşı əməliyyat keçirib. Bu barədə Oxu.Az "TRT Haber"ə istinadən xəbər verir. Məlumata görə, İstanbul Baş Prokurorluğunun koordinasiyası altında aparılan istintaq çərçivəsində "Gain Media"nın və onunla əlaqəli şirkətlərin fəaliyyəti araşdırılıb. Əməliyyat nəticəsində qanunsuz qumar fəaliyyəti və cinayətkar təşkilat yaratmaq ittihamı ilə 3 şübhəli saxlanılıb. İstintaqın detalları ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Mənbə
oxu.az