Dünya

Meksikada təyyarə qəzaya uğradı, 10 nəfər öldü

16 Dec 2025, 10:42 1 baxış
Meksikada təyyarə qəzaya uğradı, 10 nəfər öldü
Meksikanın Toluka şəhərinin beynəlxalq hava limanı yaxınlığında biznes təyyarəsinin qəzaya uğraması nəticəsində on nəfər ölüb. Oxu.Az "Milenio" qəzetinə istinadən xəbər verir ki, təyyarə yerə çırpıldıqdan sonra yanğın baş verib və hadisə yerinin üzərində xeyli məsafədən görünən qalın qara tüstü sütunu qalxıb. Təyyarə Akapulkodan havaya qalxaraq Tolukaya gedirmiş. Hava gəmisinin göyərtəsində səkkiz sərnişin və iki heyət üzvünün olduğu barədə məlumatlar yayılıb. Qeyd olunur ki, "Cessna Citation III" markalı layner anqarlara çırpılıb. Yanğınsöndürənlər, təcili yardım maşınları və Meksika Mülki Müdafiə və Təhlükəsizlik Qüvvələrinin üzvləri qəza yerinə gəliblər. Ərazi mühasirəyə alınıb və ətraf ərazidə nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Qəzanın səbəbi araşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər