Dünya

Klintonların "Epşteyn işi" üzrə ifadə verəcəkləri tarix açıqlandı

16 Dec 2025, 10:50 1 baxış
Klintonların "Epşteyn işi" üzrə ifadə verəcəkləri tarix açıqlandı
ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsi Bill və Hillari Klintonların maliyyəçi Cefri Epşteynin işi üzrə ifadə verməsini müvafiq olaraq yanvarın 13-14-nə təyin edib. Oxu.Az xəbər verir ki, bu barədə "Politico" nəşri komitə sədri Ceyms Komerin Klintonların vəkilinə göndərdiyi məktuba istinadən məlumat yayıb. Komer bildirib ki, Klintonlar həmin tarixlərdə iştirak etməsələr, Konqresə hörmətsizlik ittihamı ilə məsuliyyətə cəlb oluna bilərlər. Komitə sədrinin sözlərinə görə, Klintonların vəkili əvvəlcədən bu həftə ifadə verə bilməyəcəkləri barədə xəbərdarlıq göndərsə də, onlara alternativ tarixlər təklif etməyib. Bu səbəbdən də qurum tarixləri birtərəfli qaydada təyin etməyə məcbur olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər