Dünya
Hindistanda yeddi avtobus və üç avtomobil toqquşdu: Azı dörd nəfər ölüb, xeyli yaralı var
Hindistanın şimalındakı Uttar-Pradeş ştatında, Delhi-Aqra yolunda yeddi avtobus və üç avtomobilin iştirakı ilə baş verən zəncirvari qəza nəticəsində azı dörd nəfər ölüb, 25 nəfər yaralanıb. Oxu.Az Hindistan mətbuatına istinadən xəbər verir ki, qəza dekabrın 16-da Mathura şəhəri yaxınlığında baş verib. Hadisəyə qatı duman səbəb olub. Toqquşma nəticəsində nəqliyyat vasitələri yanıb. Hadisə yerinə təcili yardım və yanğınsöndürmə briqadaları göndərilib. Yaralılar xəstəxanaya yerləşdirilib.
.
.
Mənbə
oxu.az