Dünya

Dünyanın ən böyük kruiz gəmisi "qəbiristanlığı" Türkiyədə tapılıb

16 Dec 2025, 08:16 1 baxış
Dünyanın ən böyük kruiz gəmisi "qəbiristanlığı" Türkiyədə tapılıb
Türkiyənin Egey dənizindəki Aliağa limanında köhnə kruiz gəmilərinin söküldüyü qeyri-adi bir ərazi mövcuddur. Buradakı gəmilər illərdir Aralıq dənizi boyunca turistləri daşıyıb və indi son dayanacağa çatıblar. Oxu.Az xəbər verir ki, bu barədə ukraynalı dənizçi Mixaylo Malyar öz "Telegram" kanalında danışıb. Onun sözlərinə görə, limandakı köhnə kruiz gəmilərinin dəyəri yüzmilyonlarla dolları ötür. "Pandemiyadan sonra bir çox şirkət gəmilərini istismardan çıxarıb və onları təkrar emal üçün buraya gətiriblər. Aliağada hər il təxminən 900 000 ton polad sökülür", - deyə dənizçi qeyd edib. Mixaylo Malyara görə, bu ərazi dünyanın ən böyük kruiz gəmisi "qəbiristanlığı"dır.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər