Dünya

Həkim uşaqlara balıq yağı verilib-verilməməsi ilə bağlı suallara aydınlıq gətirdi

16 Dec 2025, 07:18 1 baxış
Həkim uşaqlara balıq yağı verilib-verilməməsi ilə bağlı suallara aydınlıq gətirdi
"Sovet dövründə balıq yağı uşaqlarda D vitamini çatışmazlığının qarşısını almaq üçün geniş istifadə olunurdu. Eyni zamanda bədənin inkişafı üçün vacib olan Omeqa-3 və Omeqa-6 polidoymamış yağ turşularının mənbəyi idi. Lakin hazırda balıq yağı təsirsiz hesab olunur". Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı həkim Zaur Xatşukov Gazeta.ru-ya açıqlamasında bildirib. "Bu məhsulun populyarlığı 1970-ci illərdən sonra bir neçə səbəbdən azalmağa başladı: xammaldakı toksinlərə görə keyfiyyət problemləri aşkar edildi və bu da müvəqqəti qadağaya səbəb oldu. Təmizləmə texnologiyası sonradan təkmilləşdirildi, lakin balıq yağı heç vaxt əvvəlki statusuna qayıtmadı. Buna təmiz əlavələr şəklində D vitamini mənbələrinin meydana çıxması və qidaların müxtəlifliyinin artması da təsir etdi" , - həkim qeyd edib. Xatşukov əlavə edib ki, müasir dövrdə balıq yağına məcburi əlavə kimi ehtiyac yoxdur: "Onun dəyərinin əsas elementi olan D vitamini artıq hədəflənmiş şəkildə təqdim olunur. Omeqa turşularına olan ehtiyac isə balanslı qidalanma ilə ödənilir: həftədə 1-2 porsiya yağlı dəniz balığı bunun üçün kifayətdir".
Mənbə oxu.az

Oxşar Xəbərlər