Dünya
Yeni "Peugeot" avtomobillərində dördbucaqlı sükanlar quraşdırılacaq
Fransanın "Peugeot" şirkəti öz istehsal etdiyi avtomobillərdə ənənəvi sükanın əvəzinə dördbucaqlı "Hypersquare" konsepsiyalı sükan tətbiq etməyi nəzərdə tutur. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Handelsblatt" nəşri yayıb. İstehsalçı yeni sükanın prototipini yaradaraq jurnalistləri onu sınaqdan keçirməyə dəvət edib. "Hypersquare" sükanı üzərində dörd dairəvi panel yerləşir. Yuxarı panellərdə baş barmaqlarıla basıla bilən və bəzi əlavə funksiyaları idarə edən düymələr mövcuddur. Sükanın ekstravaqant formasına baxmayaraq çox rahat olduğu bildirilir. Yeni sistemdə sükan və təkərlər arasında birbaşa mexaniki əlaqə yoxdur. Bu səbəbdən sükan çarxlarından gələn titrəmələr artıq sükana ötürülmür.
Mənbə
oxu.az