Dünya

Luvr muzeyi işçilərin tətilinə görə bağlı qaldı

16 Dec 2025, 06:16 1 baxış
Luvr muzeyi işçilərin tətilinə görə bağlı qaldı
Fransanın məşhur Luvr muzeyi dekabrın 15-də işçilərin tətilinə görə fəaliyyət göstərməyib. Oxu.Az xəbər verir ki, bu məlumatı "Reuters" yayıb. Əməkdaşlar maaşların artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Tətil oktyabrdakı məlum qarət hadisəsindən sonra fəaliyyətini normal qaydada bərpa edə bilməyən muzeyin işində problemlər yaradıb. Məsələdən xəbərsiz olan yüzlərlə turist isə Luvru ziyarət etmək üçün uzun növbələrdə gözləyib. İşçilərin sözlərinə görə, onlar rəhbərliyin sərtləşdirilmiş idarəetmə metodları və ziddiyyətli tapşırıqlarından narazıdırlar. Tətil qərarı əməkdaşların ümumi yığıncağında yekdilliklə qəbul olunub. "France 24" telekanalı aksiyada təxminən 400 işçinin iştirak etdiyini bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər