İdman

Meraya Keri 2026-cı il Qış Olimpiya Oyunlarının açılış mərasimində çıxış edəcək

16 Dec 2025, 05:46 1 baxış
Meraya Keri 2026-cı il Qış Olimpiya Oyunlarının açılış mərasimində çıxış edəcək
Amerikalı müğənni Meraya Keri 6 fevral 2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarının açılış mərasimində çıxış edəcək. Oxu.Az xəbər verir ki, bu barədə Oyunların Təşkilat Komitəsi məlumat yayıb. Açılış mərasimi eyni vaxtda dörd məkanda keçiriləcək: "San-Siro" stadionu, eləcə də Kortina d'Ampetso, Livinyo və Predatso. Belə Olimpiya Oyunları tarixində ilk dəfə olacaq. Şounun təfərrüatları hələlik açıqlanmayıb. Açılış mərasiminin biletlərinin qiyməti 260 ilə 2 000 avro arasında dəyişir.
Mənbə oxu.az

Oxşar Xəbərlər