İdman
İngiltərə Premyer Liqası: "Mançester Yunayted" dramatik görüşdə xal itirdi
İngiltərə Premyer Liqasının 16-cı turuna "Mançester Yunayted" - "Bornmut" matçı ilə yekun vurulub. Oxu.Az xəbər verir ki, "Old Trafford" stadionunda keçirilən qarşılaşma 4:4 hesabı ilə başa çatıb. Gərgin mübarizə şəraitində keçən görüşün gedişində hər iki komanda hesabda növbə ilə öndə olsa da, heç biri üstünlüyünü qoruya bilməyib. Bu nəticə ilə "qırmızı şeytanlar" xallarını 26-ya, "Bornmut"isə 21-ə yüksəldib.
Mənbə
oxu.az